Rusiya XİN Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırır
Tarix: 14-01-2016, 17:15 | Çap et
Rusiya XİN Azərbaycanla Ermənistanı danışıqları aktivləşdirməyə çağırır
“2015-ci ildə Dağlıq Qarabağda dinc sakinlər arasında çoxlu sayda ölüm və yaralanma halları ilə nəticələnən silahlı insidentlərin çoxalmasının şahidi olduq”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Vəziyyət ciddi narahatlıq doğurur. Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq", - deyə o vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net