CHP-dən şok: AKP kürdlərə muxtariyyat verir
Tarix: 14-01-2016, 15:03 | Çap et
CHP-dən şok: AKP kürdlərə muxtariyyat verir
Ədalət İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyası (HDP) ölkənin prezident idarəetmə sisteminə keçirilməsi üçün birləşiblər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu söyləyib. Onun sözlərinə görə, HDP kürdlərə muxtariyyat verilməsi üçün AKP ilə siyasi alver edir:

“HDP prezident idarəetmə sisteminə keçmək üçün mövqeyini açıq-aşkar ortaya qoymalıdır. AKP-nin HDP-dən bəzi dairələrlə bunun üçün əlaqəyə girdiyini bilirik”.

Qeyd edək ki, hazırda Türkiyədə parlamentli idarəetmə sistemindən istifadə olunur. Sonuncu seçkilərdə parlamentdə böyük üstünlük əldə edən AKP ölkədəki idarəetmə sistemini dəyişdirmək istəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net