Erməni iş adamı Sarkisyanı devirmək istədi
Tarix: 14-01-2016, 13:24 | Çap et
Erməni iş adamı Sarkisyanı devirmək istədi
Ermənistanda partiya sədri və tanınmış iş adamı həbs edilib.

AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişi üzrə apardığı istintaq işi çərçivəsində “Vətən və şərəf” partiyasının sədri Harnik Markaryan və “Yeqvard idman ayaqqabıları fabriki” ASC-nin sahimdarı Vladimir Arakelyan tutulub.

Məlumata əsasən saxlanılan şəxslər hakimiyyəti güc yolu ilə devirmək istəyiblər.

Adı çəkilən şəxslərin evində və fabrikdə axtarışlar aparılıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, 2015-ci il 25 noyabr tarixində Ermənistanda dövlət institutluları və vətəndaşlara qarşı çıxan cinayətkar dəstə saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net