Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
Tarix: 14-01-2016, 12:17 | Çap et
Yüksək sürət qəzaya səbəb oldu (VİDEO)
Paytaxt Bakının Nərimanov rayonu ərazisində avtomobil qəzası qeydə alınıb.

ANS TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib. 21 yaşlı Niyaz Bədiyev idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Əsgər Əsgərova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. "Jiquli"nin zərbəsinə tuş gələn “Mercedes” isə yol ötürücüsünün məhəccərinə çırpılıb.

Hadisə vaxtı "VAZ 2107"də olan sərnişinlər 22 yaşlı Elman Hüseynov və Nicat Abbaslı xəsarət alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Qəzanın baş verməsinə əsas səbəblərdən biri kimi "Jiquli"nin sürücüsünün sürət həddini aşması göstərilir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net