Almaniya Ermənistanı `qara siyahı`ya salır
Tarix: 14-01-2016, 11:58 | Çap et
Almaniya Ermənistanı `qara siyahı`ya salır
Almaniyanın Bavariya vilayətinin rəhbərliyi miqrantların qəbulu ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, vətəndaşlarının müraciətləri ləğv olunacaq ölkələr siyahısında Ermənistan da var.

Bavariyanın daxili işlər naziri Yohaim Herman hökumətin iclasında bəyan edib ki, perspektivsiz müraciətlərin ləğv olunmasında təhlükəsiz ölkələr konsepsiyasının tətbiqi olduqca rahatdır.

Məlumata əsasən, yeni siyahıya Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali, Monqolustan, Əlcəzair, Qambiya və Banqladeş var. Bu ölkələrin vətəndaşlarının müraciəti çox nadir hallarda Miqrasiya və Qaçqınlar üzrə Federal Xidmət tərəfindən müsbət cavablandırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net