Türkiyə Şimali İraqda PKK-nı vurdu
Tarix: 14-01-2016, 11:14 |
Çap et
Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK düşərgələrinə qarşı hava hücumu təşkil edib.
Axar.az xəbər verir ki, bölgədəki təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, Hərbi Hava qüvvələrinə məxsus dörd ədəd F-16 və iki ədəd F-4 tipli döyüş təyyarəsi İraqın şimalındakı Avaşin-Basyan, Qare və Zap düşərgələrinə hava zərbəsi endirib.
Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsi ilə təyin olunan nöqtələrdə terrorçulara məxsus sığınacaqlar və sursat anbarı məhv edilib.