ABŞ kəşfiyyat şefinin hesabı dağıdıldı
Tarix: 14-01-2016, 10:46 | Çap et
ABŞ kəşfiyyat şefinin hesabı dağıdıldı
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin şəxsi elektron poçtu hakerlər tərəfindən ələ keçirilib.

Axar.az xəbər verir ki, kəşfiyyat idarəsindən verilən məlumata görə, hakerlər direktorun fərdi elektron poçtu, ev telefonu xətti və internet hesabına daxil olub.

Araşdırmalar nəticəsində Klapperin hesabının ötən ilin sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ouen Brennanın hesablarını sındıran “Kraks Viz Attitud” (Crackas With Attitude) adlı təşkilat tərəfindən ələ keçirildiyi məlum olub.

Özünü Krak kimi təqdim edən qrup üzvü verdiyi müsahibədə Klapperin ev telefonuna gələn zəngləri Azad Fələstin Hərəkatının qurucusu Paul Larudeeyə istiqamətləndirdiyini etiraf edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net