Ştaynmayer: “Almaniya Qarabağ münaqişəsinin həllində iştirak edəcək”
Tarix: 14-01-2016, 10:27 | Çap et
Ştaynmayer: “Almaniya Qarabağ münaqişəsinin həllində iştirak edəcək”
Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.

APA-nın verdiyi məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir.

"ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə, Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: “Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net