SOCAR rəsmisi Gürcüstanın energetika naziri ilə görüşəcək
Tarix: 12-01-2016, 16:46 | Çap et
SOCAR rəsmisi Gürcüstanın energetika naziri ilə görüşəcək
Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşəcək.

“APA-Economics”in “Georgia Online” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin deputatı Georgi Volskiy məlumat verib.

“Sabah SOCAR rəsmisi Gürcüstana səfər edəcək. Tərəflər qaz tədarükü ilə bağlı detalları müzakirə edəcəklər. Əsasən müzakirə qiymətlərlə bağlı olacaq”, - deyə o bildirib.

Yeri gəlmişkən, bu gün energetika naziri K.Kaladze gürcüstanlı mütəxəssislərlə görüşüb və onlara Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlar barədə məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın Energetika Nazirliyi bu məsələ ilə bağlı “Qazprom”la danışıqlar aparmağı məqsədəuyğun sayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net