Ötən il Azərbaycanda 912 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb
Tarix: 12-01-2016, 15:14 | Çap et
Ötən il Azərbaycanda 912 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb
2015-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, 2015-ci ildə ölkədə 659 qida zəhərlənməsi baş verib.

Bildirilib ki, qida zəhərlənməsi nəticəsində 912 nəfər zərər çəkib.

Qeyd olunub ki, 2015-ci ildə Azərbaycanda 28 botulizm hadisəsi qeydə alınıb: “Nəticədə 49 nəfər zərər çəkib, onlardan il ərzində 3 nəfər ölüb. Hadisələr İsmayılı, Binəqədi və Nərimanov rayonlarında qeydə alınıb. Ölüm halların hər 3-ü ev şəraitində hazırlanan turşudan baş verib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net