Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir
Tarix: 12-01-2016, 15:13 | Çap et
Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) KİV-də Liman şəhərində aksiya keçirilməsi barədə xəbərlərə münasibət bildirib. ŞİH-dən "Report"a bildirilib ki, 1 yanvar 2016-cı il tarixdə spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakinləri və ətrafa toplaşan vətəndaşların buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər: "Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net