"O gündən xəstə yatıram" - xalq artisti
Tarix: 12-01-2016, 15:08 | Çap et
"O gündən xəstə yatıram" - xalq artisti
Xalq artisti Səməd Səmədov Yeni ili yataqda qarşılayıb.

Axşam.az-a açıqlama verən sənətçi uzun müddətdir qripdən əziyyət çəkdiyini deyib:

“Bayram günü hərarətim 39-u keçmişdi. Güclü qrip oldum. Bir-iki şou-proqrama qatıldım, evimə qayıdıb yatdım. O gündən xəstə yatıram. Müalicələr etdirirəm. Evdə məndən sonra həyat yoldaşım, nəvələrim də xəstələndi. İndi özümə gəlmişəm. Uzun müddətdir efirdə görünməməyimin səbəbi də budur”.

S.Səmədov toy qiymətindən də bəhs edib. O, böhran olmasına baxmayaraq qonorarını aşağı salmayacağını bildirib:

“Xalqımı sevirəm, hər zaman onlara xidmət edirəm. Amma toy qiymətimi aşağı salmamışam, heç düşünmürəm də”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net