Deputat Lənkərandakı aksiyadan danışdı: “Razılıq əldə olundu”
Tarix: 12-01-2016, 14:57 | Çap et
Deputat Lənkərandakı aksiyadan danışdı: “Razılıq əldə olundu”
Hazırda Lənkərandakı Liman şəhərində yerli sakinlər qiymətlərin artmasına etiraz olaraq mitinq edərək magistral yolu bağlayıb. Yolda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti iflic olub.

Yerli sakinlərin verdiyi məlumata görə, Lənkərandan Bakı istiqamətində hərəkət məhdudlaşıb. Əraziyə hüquq mühafizə orqanları cəlb olunub. Baş verən etiraz aksiyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Rüfət Quliyev Modern.az saytına açıqlama verib.
O qeyd edib ki, hazırda Limanda vəziyyət stabilləşib:

“Bir qrup insan kommunal xidmət haqlarını verə bilmir. İşıq və qaz idarəsinin əməkdaşları mənzillərə qaz və işıq verilişini dayandırıb.

Əhali ilə rəsmilər arasında razılıq əldə olunub. Qərara alınıb ki, əmək haqları alınan zaman insanlar borclarını ödəsinlər. Məsələ bununla da bitib”.

Deputat eyni zamanda Liman sakinlərinin çətin vəziyyətdə olduğunu vurğulayıb: “Nəzərə almaq lazımdı ki, Limanda yaşayan sakinlər ata-babadan balıqçılıqla dolanıblar. Balıq ovu ilə bağlı qanunlar sərtləşdirildiyindən insanların yaşayışı çətinləşib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net