Küveytdə iki nəfərə ölüm cəzası kəsilib
Tarix: 12-01-2016, 14:56 | Çap et
Küveytdə iki nəfərə ölüm cəzası kəsilib
Küveyt məhkəməsi İrana və Livanın şiə Hizbulla yaraqlı qrupuna casusluqda ittiham olunan iki nəfərə ölüm cəzası kəsib.

Həmin şəxslər həmçinin bu ölkədə hücumlar planlaşdırmaqda ittiham olunur.

Onlardan biri iranlıdır və qiyabi məhkum edilib. Digəri, küveytli isə məhkəmədə iştirak edib.

Digər küveytli şiə təqsirləndirilənlər isə 5 ildən 25 ilədək həbs cəzası alıb.

Ötən ay Səudiyyə Ərəbistanı tanınmış şiə ruhanini edam edəndən sonra Tehranla ər-Riyadın münasibətləri gərginləşib, diplomatik əlaqələr kəsilib. Küveyt də Tehrandakı səfirini geri çağırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net