SOS: Bir anda 500 min insan ölə bilər
Tarix: 12-01-2016, 14:52 |
Çap et
İraq ordusu və peşmərgənin 16 ay əvvəl İŞİD-dən geri aldığı Mosul su anbarını yeni təhlükə gözləyir.
Axar.az xəbər verir ki, bu barədə narahatlıq ABŞ Dövlət Departamentinin hazırladığı hesabatda yer alıb. Dəclə çayı üzərində yerləşən su anbarının baxımsızlıq və sel sularına görə dağılma təhlükəsi altında olduğu bildirilib.
Dövlət Departamentinin hesabatında su anbarının çökməsi ilə 500 min adamın su altında qala biləcəyi, 1 milyondan çox insanın isə evini tərk edəcəyi qeyd olunub.
ABŞ Prezidenti Barak Obama İraq Baş naziri Heydər Abadi ilə su anbarının amerikalı mühəndislər tərəfindən təmir edilməsi barədə fikir mübadiləsi aparıb.