Dənizdə itkin düşən neftçinin cəsədi bu axşam ölkəyə gətiriləcək
Tarix: 12-01-2016, 13:51 |
Çap et
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşən neftçilərdən daha biri Mübariz Qasımovun cəsədi Türkmənistan ərazisində tapılıb.
21.01.1958-ci il təvəllüdlü M. Qasımovun cəsədi dəfn olunmaq üçün Tovuz rayonuna gətiriləcək. SOCAR-ın mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Mübaruz Qasımovun cəsədi kəskin hava şəraitinə görə, hələ ki, Azərbaycana gətirilməyib. Yəni uçuşa icazə verilmir. Onun bu axşam ölkəyə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən şiddətli yanğın və qəza nəticəsində 30 neftçi itkin düşüb. Onlardan əksərinin cəsədləri hələ də dənizdən çıxarılmayıb.