Putinin keçmiş həyat yoldaşı alman qəzetinə danışdı - “Ərimi öldürüblər”
Tarix: 12-01-2016, 13:14 | Çap et
Putinin keçmiş həyat yoldaşı alman qəzetinə danışdı - “Ərimi öldürüblər”
“Mənim ərim çoxdandır ki, həyatda yoxdur. Mən bunu təəssüf hissi ilə qeyd etməliyəm. Vladimir Putinin adından hazırda törədilən cinayətlər göz önündədir. Mən qızlarımın və özümün həyatı üçün təhlükə görməkdəyəm. Qorxuram ki, bizi də öldürərlər”.

Hafta.az-ın verdiyi xəbərə görə, bu sensasion açıqlamanı Almaniyanın "Die Welt" qəzetinə Vladimir Putinin eks-həyat yoldaşı Lyudmila Putina deyib. O, Putinlə tanışlığı və evliliyi barədə də söhbət açıb:

“Mən gənc yaşlarımdan onu sevmişdim. Gözəl ailəmiz, övladlarımız var idi. Putinin vəzifəsi qalxdıqdan sonra o, mənə qarşı aqressiv olmağa başladı, məni döyüb-söyürdü. Münasibətlərimiz korlanmışdı. Boşanmaq üçün müraciət etməyə qorxurdum. Putinlə ayrılmaq ərəfəsində idik. Ərim axşamlar tez-tez evi tərk edirdi. Bir axşam o, getdi və bizə naməlum insanlar gələrək mənə dedilər ki, əgər yaşamaq istəyirsənsə, susmalısan. Mən onlara Putin haqda sual verəndə deyirdilər ki, o, qısa zamanda qayıdacaq. Bir neçə gün keçdikdən sonra onun ilk oxşarı üzə çıxdı. Mənim həyatıma da artıq təhlükə yaranmışdı. Bunu hiss etdikdən sonra Rusiyanı tərk etdim. Hazırda Rusiyada baş verən hadisələr çox dəhşətlidir. Bunu isə Putinin adından həyata keçirirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net