Saxta 50 manatlıqlar tapıldı
Tarix: 12-01-2016, 13:04 |
Çap et
Sabirabad rayon sakinindən saxta pullar götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Yadigar Əliyevdən 6 ədəd saxta 50 manatlıq əskinas aşkar edilərək götürülüb.
Araşdırma aparılır.