Qəzvin-Rəşt dəmir yolu 2017-ci ildə istismara veriləcək
Tarix: 12-01-2016, 11:39 | Çap et
Qəzvin-Rəşt dəmir yolu 2017-ci ildə istismara veriləcək
Qəzvin-Rəşt dəmir yolu 2017-ci ilin iyul ayında istismara veriləcək.

Trend-in məlumatına görə, bunu Möhsün Pur Seyid Ağayi Bakıda bu gün keçirilən konfransda bildirib. O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi isə 2016-cı ilin birinci yarısında başlayacaq və gözlənilir ki, 2019-cu ildə başa çatacaq: "Rəşt-Qəzvin-Astara 1.5 milyard dollar investisiya tələb edir, lakin İran hökümətinin prioriteti olaraq qalır və ona lazim olunan vəsait, İran tərəfindən təmin olunub".

İran rəsmisi qeyd edib ki, hazırda dünya iqtisadiyyatına inkişaf lazımdır, halbuki dünyanın bir çox ölkələri resessiya ilə qarşı-qarşıyadırlar: "Belə halda, tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin az zamanda daşınılması dünya iqtisadiyyatına töhfə verə bilər. Bunun üçün isə İran öz beynəlxalq missiyasını bilir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hazırda neftin qiymətinin düşməsi ilə əlaqədar qarşılaşdığımız iqtisadi təzyiqlərə baxmayaraq, İrandan keçən tranzit layihələrinin gerçəkləşdirilməsi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə bizim imkanımız var".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net