Brent markalı neftin qiyməti 30 dollara enib
Tarix: 12-01-2016, 11:07 |
Çap et
Dünya birjalarında neftin ucuzlaşması davam edir.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,01 dollar azalaraq 30,54 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,89 dollar azalaraq 30,52 dollar təşkil edib.
Hər iki sortdan olan neftin qiyməti 2003-cü ilin minimumunu yeniləməkdə davam edir.
Brent markalı neftin qiymətinin 30 dollarlıq "psixoloji hədd" səviyyəsinə düşməsinə səbəb Şin birjasının çökməsidir.