![S&P "Azərenerji"nin reytinqinə yenidən baxıb S&P "Azərenerji"nin reytinqinə yenidən baxıb](/uploads/posts/2016-01/1452581350_v.jpg)
"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "Azərnenerji" ASC-nin reytinqinə yenidən baxıb.
"APA-Economics"in xəbərinə görə, S&P dövlət şirkətinin yerli və xarici valyutalarda uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsində, yerli və xarici valyutada qısamüddətli kredit reytinqi isə "A-3" səviyyəsində təsdiqləyib.
Bütün reytinq hərəkətləri üzrə proqnoz neqativdir.