Eks-nazirin qardaşı qızı “Səs” yarışmasında - Video
Tarix: 12-01-2016, 10:40 | Çap et
Eks-nazirin qardaşı qızı “Səs” yarışmasında - Video
“O səs Türkiyə” musiqi yarışmasında həm münsiflərə, həm də tamaşaçılara özünü sevdirən Damla Kışlalı məşhur eks-nazirin qardaşı qızı olduğu məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Damla Kışlalı yarışmanın ötən gün baş tutan buraxılışında bu barədə məlumat verib.

O, sui-qəsd nəticəsində öldürülən Ahmed Taner Kışlanın qardaşı Mahmud Kışlanın qızı olduğunu bildirib.

Xatırladaq ki, Damla Kışlal münsiflərdən Hadisəni seçərək ikinci mərhələyə keçmiş, duellər etabında qalib gəlmişdi.

Qeyd edək ki, Ahmed Taner Kışlan keçmiş Türkiyə Mədəniyyət naziri və yazarıdır. O, 1999-cu ildə “Cümhuriyyət” qəzetindəki köşəsinə görə öldürülmüşdü.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net