Əmək haqları nə qədər artırılacaq?
Tarix: 12-01-2016, 09:39 |
Çap et
Əmək haqqı və pensiyalar 20-30 faiz arasında artırıla bilər.
Bunu Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, 2016-cı ildə əmək haqları və pensiyaların artırılması qarşıda duran prioritetlərdəndir:
“Əmək haqqı və pensiyaların artırılması hazırkı durumda olduqca vacibdir. Bu artım 20-30 faiz arasında ola bilər. Məsələyə imkan daxilində baxılacaq. Eyni zamanda, dövlət büdcəsinə də yenidən baxılacaq, Neft Fondundan transfer gözlənilir. Bütün bunlar hesablanıb nəzərdən keçirilməldir. Dövlət rəhbərinin ciddi tapşırığı var. Bu, mühüm addımdır və düşünürəm ki, yaxın vaxtlada öz müsbət təsirini göstərəcək”.