BakuBus-un sürücüsünü döyən sərnişin üzr istədi: “...peşmanam”
Tarix: 11-01-2016, 17:29 |
Çap et
Noyabrın 28-də BakuBus-a məxsus avtobusda sürücünü döyən sərnişin bu şirkətə məktub yazıb.
Modern.az saytı davakar sərnişin Murad Həmidovun yazdığı həmin məktubu təqdim edir:
“Mən Həmidov Murad noyabr ayının 28-i sizin Baku Bus şirkətinin işçisi Oktay Novruzovla mübahisə etmiş və ona bədən xəsarəti yetirmişdim. Əslində mən səbirsizlik edərək, nəinki sürücüyə qarşı, bütün sərnişinlərə və BakuBus-un rəhbərliyinə qarşı hörmətsizlik etdim və buna görə peşmanam. Qoca qadına görə mübahisə yarandı, bir anlıq unutdum sizin gərgin və millətimiz üçün olan çətin xidmətinizi. Gələk səbirli olardım o anda. Mən BakuBus-un xidmətində yaranan problemlərə görə onun rəhbərliyindən, ən əsas sürücü Oktay Novruzovdan və onun valideynindən, yaxınlarından və övladlarından üzr ustəyirəm. Heç kəs istəməzdi ki, belə olsun. Aqressiv adam deyiləm. Yaşlı qadın dayanacaq olmayan yerdə əl elədi və sürücü saxlamadı deyə narahat oldum. Əslində sürücü məni başa salmaq istədi ki, belə yerdə saxlamağa ixtiyarları yoxdur. Müdiriyət hirslənər. Ancaq dəliqanlılıq bu yerdə səhv eləməyimə gətirib çıxardı. İstəmirəm mənim insanlarda yaratdığım fikir həmişə mənfi olsun.
Hörmətlə Murad Həmidov”.