Azərbaycan televiziyalarında “qara yumor“a qadağa qoyuldu
Tarix: 11-01-2016, 16:07 | Çap et
Azərbaycan televiziyalarında “qara yumor“a qadağa qoyuldu
Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və "qara yumor"dan istifadə olunan verilişlər yığışdırılıb.

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net