İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində
Tarix: 11-01-2016, 15:49 | Çap et
İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində
Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.

Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

X X X

Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net