"Palmali" "Xəzər Lənkəran"ı yaşatmaq üçün bütün variantlar gözdən keçirir.
“Qafqazinfo” sportinfo.az-a istinadən xəbər verir ki, şirkətin Bakı nümayəndəliyi Anatoli Banişevski adına Masallı stadionunu satışa çıxarıb.
Klub son 1 ildə Mais Mənsimovun sayəsində ayaqda qalıb. Prezident qardaşına məxsus XL-in fəaliyyətini dayandırmaması naminə bütün gücünü ortaya qoyub. Şəxsi avtomobil qarajından imtina edib, Bakıda bir neçə mənzilini satıb. Hazırda da stadionu 500 min dollar satışa çıxarıb.
Lakin klubun icraçı direktoru Höccət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib: “Bu həqiqətə uyğun deyil. Biz stadionu satışa çıxarmamışıq”.