Suriyada terrorçular jurnalistləri girov götürüb
Tarix: 11-01-2016, 11:48 | Çap et
Suriyada terrorçular jurnalistləri girov götürüb
"Ən-Nusra Cəbhəsi" terrorçuları Suriyada iki jurnalisti girov götürüblər. Hadisə media nümayəndələrinin çalışdığı Kafranbel şəhərində baş verib.

FaktXəbər-in verdiyi məlumata görə,Fresh FM radiostansiyasının girov götürülən jurnalistlərindən birinin adı Raid Fariz, digərinin isə Hadi Abdulladır.Onların hər ikisinin adı çəkilən qruplaşmanı tənqid etdikləri bildirilir.

Əldə edilən məlumata əsasən, silahlı terrorçular Fresh FM radiostansiyasının binasında daxil olaraq efiri dayandırıb jurnalistləri oğurlayıblar.

Suriya milli koalisiyasının mətbuatla əlaqələr üzrə şöbəsinin başçısı Sonər Talib onu da qeyd edib ki, cinayətkarlar, həmçinin, elektrogeneratorlarla birgə radiostansiyanın aparaturasını da müsadirə ediblər. Sonra isə Suriya müxalifətinin bayraqlarını yığaraq hamının gözü önündə yandırıblar.

Oğurlanmış jurnalistlərin indi harada olduqları məlum deyil.

Xatırladırıq ki, bir müddət bundan öncə Türkiyədə tanınmış suriyalı jurnalist Naci əl-Cərfa öldürülmüşdü.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net