FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin Anadolu bölgəsinin Kırşehir mahalında dünən yarım saat ərzində bir-birinin ardınca üç zəlzələ qeydə alınıb. Ankara başda olmaqla bir çox şəhərlərdə hiss edilən zəlzələdə dağıntı və xəsarət alan olmasa da, böyük təşvişə səbəb olub.
Yerin 12 və 15 km dərinliyindən gələn 5 bal gücündə olan təkanlar bəzi köhnə evlərdə çatlara səbəb olub.