İŞİD xristian ölkəsində xilafət elan etdi
Tarix: 11-01-2016, 10:53 | Çap et
İŞİD xristian ölkəsində xilafət elan etdi
Filippindəki 4 ekstremist qruplaşma birlşərək Mindanao adasında xilafət elan ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar İŞİD lideri Əbu Bəkr Əl Bağdadiyə tabe olduqlarını elan ediblər. Filippində yaradılan xilafətin başında “Əbu Səyyaf” qruplaşmasının lideri İsnilon Hapilon dayanacaq.
Ekspertlərin fikrincə, İraq və Suriyada son aylarda ciddi məğlubiyyətə uğrayan İŞİD alternativ ərazilərdə xilafət yaratmaqla öz nüfuzunu bərpa etməyi planlaşdırır.

Filippində elan olunan xilafət isə ilk növbədə qonşu Avstraliya, İndoneziya, Tailand və hətta Yaponiyyaa təhlükə törədə bilər. Filipin əhalsinin 90%-ə qədəri katolik xristianlardır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net