İnsanlarla dolu xəstəxananı uçurdular – Dünya Şok-da
Tarix: 8-01-2016, 15:02 | Çap et
İnsanlarla dolu xəstəxananı uçurdular – Dünya Şok-da
Çinin Çjençjou şəhərində (Henan vilayəti) buldozer fəaliyyət göstərən xəstəxananın bir hissəsi və morqu uçurub.

Bu barədə AzVision.az `AP`-yə istinadən xəbər verir

Hadisə nəticəsində bir neçə klinika əməkdaşı xəsarət alıb. Klinikaya ümumilikdə 20 milyon yuan (3 milyon dollar) zərər dəyib. Bundan əlavə, xəstəxana dağıntıları arasında bir neçə morq da qalıb.

`Qalıqların bu cür dəfn edilməsi ölülərə qarşı hörmətsizikdir. Mən heç vaxt belə bir şeyin baş verəcəyini düşünmürdüm”, - deyə xəstəxana nümayəndəsi Çjan Yuan bildirib.

Agentlik qeyd edir ki, yerli idarəetmə orqanı yaxınlıqdan keçən yolun xəstəxananın sökülməsi hesabına genişləndirmək istəyiblər. Xəstəxananın bir neçə şöbəsi köçürülsə də, onlardan bəziləri hələ də fəaliyyətini davam etdirib. İşçilər klinika söküləcəyinə dair onlara xəbərdarlıq edilmədiyini bildiriblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net