Türkiyə XİN: Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz
Tarix: 8-01-2016, 13:48 |
Çap et
“Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç keçirdiyi mətbuat konfransında APA-nın Türkiyə müxbirinin sualına cavabında deyib. “Türkiyə Azərbaycan vətəndaşlarına yeni viza rejimi tətbiq etməyəcək, həmçinin Azərbaycan vətəndaşlarının Türkiyədəki 1 aylıq yaşama müddətinə də məhdudiyyət gətirilməyəcək. Yəni, Azərbaycanla bağlı indiyə qədərki durumda heç bir dəyişiklik nəzərdə tutulmayıb” – deyə, o bildirib.