Nobel mükafatının 50 illik sirri AÇIQLANDI
Tarix: 8-01-2016, 12:59 | Çap et
Nobel mükafatının 50 illik sirri AÇIQLANDI
İsveç Elmlər Akademiyası 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı qazanmış Sovet yazıçısı Mixail Şoloxovun o zaman hansı rəqiblərini geridə qoyduğunu ictimaiyyətə təqdim edib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin il nüfuzlu mükafatı almağa 90 nəfər namizəd olub, o cümlədən Anna Axmatova, Vladimir Nabokov, Semuel Bekket, Konstantin Paustovski, Xorxe Luis Borxes, Pablo Neruda, Somerset Moem və s.

Üzərindən məxfilik götürülən sənədlərdən aydın olur ki, akademiya üzvləri Nobel mükafatını yazıçı Mixail Şoloxov və şairə Anna Axmatova arasında bölüşdürməyi təklif ediblər. Lakin seçim komitəsinin sədri Andreas Esterlinq bu təklifə qarşı çıxıb.

Nobel mükafatını qazanmış şəxslərin rəqiblərinın adları qaydaya görə 50 il gizli saxlanmalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net