Bakıda işgəncə ilə öldürülən şəxs sahibkar imiş
Tarix: 8-01-2016, 11:49 | Çap et
Bakıda işgəncə ilə öldürülən şəxs sahibkar imiş
Yanvarın 7-də Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi 4, mənzil 46 -da işgəncə ilə öldürülmüş gənc oğlanın meyiti tapılıb.

Hadisə yerinə ərazi üzrə 24-cü Polis Bölməsinin və Polis İdarəsinin, eləcə də Nizami rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.

Araşdırma nəticəsində meyitin Abbasov Fərid Vahid oğluna məxsus olması müəyyən edilib.

Bu gün həmin hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, qətlə yetirilmiş 1982-ci il təvəllüdlü Fərid Abbasov sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Meyiti tapılarkən onun əl və ayaqları bağlı olub. Üzərində döyülməyə xas olan çoxsaylı xəsarətlər aşkarlanıb. Xəsarətlər o qədər ağır olub ki, iş adamının bədəninin müxtəlif nahiyələrindən qan açılıb.

O da məlum olub ki, F.Abbasov hadisənin baş verdiyi mənzildə yaşayırmış.

Hazırda dəhşətli qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net