GMO məhsullarına nəzarət artırıldı
Tarix: 8-01-2016, 11:37 | Çap et
GMO məhsullarına nəzarət artırıldı
Yeyinti məhsulları ilə bağlı 115 milli standartın siyahısı tərtib olunub.

Həmin standartlara görə, “GMO bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya GMO bitkilərin genetik materiallarından yeyinti məhsullarının istehsalında istifadə olunması qadağandır” sözləri yazılmış bənd yeni texniki şərtlərdə öz əksini tapacaq.

Bu barədə virtualaz.org saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, GMO-ilə bağlı Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 28 aprel, 2015-ci il, 1266-IVQD saylı qanunun və “Yeyinti məhsulları haqqında” qanunun icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Komitənin əmrinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə tədbirlər nəzərdə tutulub.

Məhsullarda DNT analizləri nəticəsində GMO-nun müəyyən olunması metodları, DNT ekstraksiyası və bununla bağlı olan 3 adda ГОСТ ИСО dövlətlərarası standartlara Azərbaycanın qoşulması haqqında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya məktub göndərilib. GMO bitkilərin genetik materiallarından istifadə olunmasının müəyyənləşdirilməsi məqsədilə yeyinti məhsullarına aid qüvvədə olan dövlətlərarası standartların siyahısı tərtib olunub, hazırda dövlətlərarası standartların aidiyyəti müddəalarının nəzərdən keçirilməsi həyata keçirilir. AZS ТКП 131-2008 (03220) “Qida məhsulları “Tərkibində GMO yoxdur” işarəsilə markalanmanın qaydaları” standart layihəsi işlənib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net