ABŞ şirkəti 4500 nəfəri işdən azad edib
Tarix: 8-01-2016, 11:23 |
Çap et
ABŞ-ın 157 illik pərakəndə mağazalar şəbəkəsi olan “Macys” 36 mağazasını bağlayaraq 4 min 500 işdən çıxarma qərarını qəbul edib.
Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, tətil dövründə satışlarında böyük azalma yaşayan “Macys” yenidən qurulmağa hazırlaşır.
Firma bu il ərzində 20 əyalətdə 36 mağazasını bağlayacaq və daha 4 min 500 işçisini də işdən çıxaracaq.
İdarəetmə ofisləri əsasən Nyu-York və Cincinnati şəhərlərində olan məşhur pərakəndə tiacər şəbəkəsinin ABŞ daxilində 420-dən çox mağazasında təxminən 163 min nəfər çalışır.
Nəhəng ticarət şəbəkəsinin icraçı direktoru Terri Lundgren firmadakı mövcud vəziyyəti belə şərh edib :
“Papaq, çəkmə ayaqqabılar, qış gödəkçələri kimi satışların az olmasına və xarici turistlərin alıcılıq qabiliyyəti düşdüyünə görə satışımız 80 faiz zəifləyib”.