Yola dəyən ziyanı kim ödəməlidir? - Yarım milyonluq zərər
Tarix: 8-01-2016, 11:11 | Çap et
Yola dəyən ziyanı kim ödəməlidir? - Yarım milyonluq zərər
Azərbaycanda demək olar ki, hər gün yol qəzası baş verir. Qəzalar nəticəsində insanların xəsarət alması, həlak olması, avtomobilin yararsız hala düşməsi ilə bərabər yol təsərrüfatına da ciddi ziyan dəyir. Bəzən yol təsərrüfatına dəyən ziyanların miqdarı 10 min manatdan da çox olur.

Yol təsərrüfatına dəyən ziyan necə və kim tərəfindən ödənilir?

"Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, ötən ilin 9 ayı ərzində baş verən yol qəzaları zamanı yol təsərrüfatına 500 min manatdan çox ziyan dəyib.

Qurum rəsmisi bildirib ki, yol qəza hadisəsi zamanı yol təsərrüfatına dəyən ziyanı avtomobilin icbari sığortası varsa, dəyən zərəri icbari sığorta şirkəti ödəyir. Əgər bu yoxdursa, zərərin təmin edilməsi üçün məhkəməyə müraciət olunur: “Bəzən elə qəzalar olur ki, sürücü yol təsərrüfatına ziyan vurur və hadisə yerindən qaçır. O zaman Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunur ki, həmin sürücünün tapılması istiqamətində adımlar atılsın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net