Vergilər Nazirliyi “məğrur sükut”a qərq olub
Tarix: 8-01-2016, 10:48 | Çap et
Vergilər Nazirliyi “məğrur sükut”a qərq olub
Ötən il dekabrın 30-da Qafqaznews.Az saytında “İlham Rəhimovun kürəkəninə məxsus olan şirkət 200 miliyonluq vergidən necə yayınıb?” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə deyilirdi: “Redaksiyamıza daxil olan məlumata görə, “Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. Oxucuda təəccüb yarana bilər ki, “nə olar, burda nə var, Vergilər Nazirliyinin əsas işi şirkətlərin bank hesabına sərəncam qoymaqdan ibarətdir”. Ancaq yox, əziz oxucu, “Baktel” şirkəti ilə bağlı məsələ biraz başqa cürdür.
Bu şirkətin dövlətə nə az, nə çox, düz 200 milyon borcu yaranıb. Yəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün miliyonlara sahib olub “Bentley” avtomobillərində gəzirlər.
Hətta özlərinin şəxsi təyyarələri də var.
Ancaq bu gün, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, Baktel şirkəti 200 milyon manatlıq vergidən yayınıb”.
Biz Vergilər Nazirliyinin bu məsələdə araşdırma aparıb-aparmadığını rəsmi olaraq dəqiqləşdirməyə çalışdıq. Doğrudanmı, prokurorluq orqanları bu fakt üzrə cinayət işi başlayıblar?
Cavab almaq üçün, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.
Mən sizə tövsiyə edirəm ki, bu məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinə zəng edəsiniz”, – deyə E.Sultanov bizə istiqamət verdi.
Biz də bu tövsiyədən yararlanaraq, Vergilər Nazirliyinin mətbuat xidmətinə zəng etdik.
“Mənə bu barədə heç nə məlum deyil. Yarım saat sonra zəng edin. Öyrənərəm və sualınıza cavab verərəm”, – deyə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov Qafqaznews.org-un sualına cavabında deyib.
Amma təəssüf ki, nə yarım saat, nə bir saat sonra biz Şahin müəllimlə əlaqə yarada bilmədik. O, sadəcə dəstəyi qaldırmırdı…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net