Müğənni iflasa doğru... - Daha bir restoranı satıldı
Tarix: 6-01-2016, 11:50 | Çap et
Müğənni iflasa doğru... - Daha bir restoranı satıldı
Türkiyəli müğənni İbrahim Tatlıses maddi problemləri ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşı Dərya Tuna və oğlu İdonun işlətdiyi “Etiler Tatlıses Kebap” restoranını satıb.

“Zəriflik Restoran”ın sahiblərinə satılan məkanın təhvil verilməsi ötən gün reallaşıb.

Bunun ardından Tatlısesin iflasa doğru getməsi ilə bağlı dedi-qodular yayılmaya başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Cevahir AVM-də yerləşən restoranını satmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net