Ukrayna Rusiyadan belə əvəz çıxdı
Tarix: 6-01-2016, 11:35 | Çap et
Ukrayna Rusiyadan belə əvəz çıxdı
Rəsmi Kiyev yanvarın 15-də Ukrayna - Çin marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.

ANS PRESS-in “zik.ua” saytına istinadla verilən məlumata görə, pilot reysi yükləri Gürcüstan , Azərbaycan , Qazaxıstan vasitəsi ilə Çinə çatdıracaq. Bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanov “Facebook” səhifəsində məlumat verib.

“15 yanvarda Odessa vilayətinin İliçevsk limanından pilot qatar reysi hərəkətə keçəcək. Bununla da bizim məhsullar Rusiyadan kənar yollarla Asiya bazarlarına çatdırılacaq. Bu layihənin çox böyük tarixi əhəmiyyəti var”,-deyə Omelyanov bildirib.

Ukrayna rəsmisi bildirib ki, yüklər Qara və Xəzər dənizlərindən (İliçevsk - Batumi və Ələt - Aktau) bərə keçidlərini vasitəsi ilə keçəcək. Konteyner qatarı təxminən 20 vaqon təşkil ediləcək.

Bundan əvvəl Ukrayna məhsullarının Azərbaycandan daşınması ilə bağlı məsələ Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun və Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunmuşdu.

Noyabrın 30-da isə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.

Rusiya isə yanvarın 4 –də öz ərazisi vasitəsilə Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. Bu səbəbdən Ukrayna yüklərin daşınması üçün “İpək yolu” nun Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutundan istifadə etmək məcburiyyətində qalıb.

Bununlada demək olar ki, Rusiya yükdaşma sahəsində əldə etdiyi imkanları itirmək üzədir. Çünki bir müddət əvvəl Türkiyədə Rusiya marşrutundan istifadə etməkdən imtina edib. Qırıcı qalmaqalından sonra Türkiyə yükləri Rusiya ərazisindən deyil, Gürcüstan, Azərbaycan, Qazaxıstan marşrutindan istifadə edir. Bu isə Rusiyanın tranzitdən əldə etdiyi gəlirləri kəskin şəkildə azaldır. Amma Gürcüstan, Azərbaycan və Qazaxıstan kimi dövlətlər üçün yeni iqtisadi imkanlar yaradır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net