
Gürcüstandan Rusiyaya yük aparan sürücülər xeyli müddətdir ki, güclü qara görə hərəkətin dayanması səbəbindən yollarda qalıblar.
Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən bildirir ki, onlar artıq neçə gündür, şaxtalı havada ərzaqsız və yanacaqsız qalıblar və Lars gömrük-buraxılış məntəqəsinin nə vaxt açılacağını gözləyirlər.
Medianın yazdığına görə, həmin ərazidə temperatur mənfi 17-dən də aşağıdır.
Sinoptiklər bildirirlər ki, orada son 20 ildə bu cür güclü qar və şaxta müşahidə olunmayıb.

