Ərəbistan niyə bu qədər panikaya düşüb? – Şərh
Tarix: 6-01-2016, 09:40 | Çap et
Ərəbistan niyə bu qədər panikaya düşüb? – Şərh
Səudiyyə Ərəbistanı özünün həyatda qalması uğrunda mübarizə aparır.

Axar.az xəbər verir ki, bu iddia ilə İsrailin “Hayom Boaz Bismut” qəzeti çıxış edib. Qəzet Fars körfəzinin artıq barıt çəlləyinə çevrildiyini bildirib:

“2011 və 2012-ci ildəki Ərəb baharı hadisələrinə, 2015-ci il ölkə büdcəsində ksrin rekord həcmdə olmasına nəzər yetirmək kifayətdir. Bunlar krallığın niyə bu qədər panikaya düşməsini anlamağa yardım edir. Bu gün Fars körfəzi təkcə neft çəlləyi yox, həm də partlamağa hər an hazır olan barıt çəlləyidir. Ölkənin şərqində, neftlə zəngin olan Katif bölgəsində yaşayan şiələr diskriminasiyadan şikayətçidirlər. Bu da əsasız deyil. Onlara məscid tikilməsi, ictimai sektorda vəzifə tutmasına imkan verilmir. Bütün ətrafına nəzər yetirən Səudiyyə rejimi Yəmən, İraq və Suriyanın çökməsini, Livan və İordaniyadakı qeyri-stabilliyi görür. O indi öz taleyindən narahatdır. 2012-ci il iğtişaşları və ölkənin şiə azlığının İranla yaxınlaşması krallıq üçün təhdid yaradır. Vaşinqtonun bundan sonra krallığa yardım etməməsi Ər-Riyadın özünə olan etimadını məhv edir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net