“Səudiyyə kralı ABŞ-ın onu devirməsindən qorxur”
Tarix: 5-01-2016, 17:55 | Çap et
“Səudiyyə kralı ABŞ-ın onu devirməsindən qorxur”
Səudiyyə Ərəbistanının şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr də daxil olmaqla 47 nəfəri edam etməsi Ər-Riyadla Vaşinqton arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, bu sözlər “Nyu York Tayms” qəzetinin ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə həsr etdiyi məqalədə yer alıb.

Qəzet iki ölkə arasında əlaqələrin yaxşı olmasında əsas rolu neftin oynadığını, lakin bu faktorun artıq öz əhəmiyyətini itirdiyini qeyd edib:

“İki ölkə arasında əlaqələr Hüsnü Mübarəkin (Misirin keçmiş prezidenti – red.) 2011-ci ildə devrilməsindən bu yana pisdir. Səudiyyə rəhbərliyi oxşar taleyi yaşamaqdan qorxur. Ər-Riyadla Vaşinqton arasında bu günə qədər əlaqələrin yaxşı olmasında əsas rolu neft oynayırdı. Lakin ABŞ-ın neft istehsalını artırması bu əlaqənin pozulduğunu göstərir. ABŞ ötən illər ərzində kral ailəsinin müxaliflərə qarşı təzyiqlərinə və radikalları maliyyələşdirməsinə göz yumub. Bunun qarşılığında Səudiyyə ABŞ tərəfindən İrana qarşı istifadə olunub. Lakin İran ABŞ üçün Səudiyyənin alternativi deyil. Məhz buna görə ABŞ Səudiyyədən şikayətlənməyi dayandırmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net