![Kraldan Misirə milyardlıq yardım Kraldan Misirə milyardlıq yardım](/uploads/posts/2016-01/thumbs/1451998454_v.jpg)
Səudiyyə Ərəbistanı Sinay yarımadasının inkişafı üçün Misirə 1,5 milyard dollar ayırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Misirin Beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr məlumat verib.
Onun sözlərinə görə, yarımadanın inkişaf layihəsi ilə bərabər neft layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollar kredit ayrılacaq.
Qahirə ayrıca, Səudiyyənin ixrac etdiyi məhsulları alacağı üçün 500 milyon dollar qazanacaq.
Xatırladaq ki, ötən ay Səudiyyə Ərəbistanının xüsusi və ictimai fondlarından Misirə 8 milyard dollarlıq investisiya yatırılacağı açıqlanmışdı. Bundan əlavə, krallıq 5 il ərzində Misirə uyğun şərtlərə neft satışı həyata keçirəcək.