Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Tarix: 5-01-2016, 16:13 | Çap et
Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesdə zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib.

Məhkəmə müşavirəyə gedib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net