![Namiq Məna: “Yeməyimə atılan mismar boğazımda qaldı” Namiq Məna: “Yeməyimə atılan mismar boğazımda qaldı”](/uploads/posts/2016-01/1451989762_v.jpg)
Məşhur meyxanaçı Namiq Mənanın yeməyinə mismar ataraq, onu öldürmək istəyiblər.
Musavat.com xəbər verir ki, meyxanaçı bu haqda “Ondan sonra” verilişinə açıqlama verərkən bildirib: “Həyatda heç kim, heç nədən sığorta olunmayıb. Buraya təbiət və başımıza gələn bədbəxt hadisələr də aiddir. Gözlənilməz hadisə oldu, yeməyimə gül mismarı atmışdılar. Birdə gördüm ki, sanki məni boğurlar, nəfəsim gəlmir. Həmin hadisədən sonra getmədiyim həkim qalmadı. Boğazımdan başqa hər yerimi yoxladırdım, çətin anlar yaşadım. Məcbur olub, seyidə müraciət etdim. O, boğazıma baxdı, barmağının ucu ilə mismarı boğazımdan çıxartdı.
Şübhələndiyim məqamlar var, bu haqda açıqlama vermək istəmirəm. Yeməyimə mismar qoyan adamları bilirəm. Onlar məni güdüb. Mismar boğazımdan çıxanda fikirləşdim ki, bu, zəhərli də ola bilər. Allahın möcüzəsidir ki, Allah məni qorudu. Heç kim belə hadisələrdən sığortalanmayıb. Bu gün mənim başıma gələn hadisə sabah sənin də başına gələ bilər”.