Siqaretin qiyməti 3 dəfə qalxdı - Gürcüstanda
Tarix: 5-01-2016, 11:34 | Çap et
Siqaretin qiyməti 3 dəfə qalxdı - Gürcüstanda
Gürcüstanda yeni ildən etibarən “PHILIP MORRIS” şirkətinin istehsalı olan siqaretlər 2-3 dəfə bahalaşıb.

Bu barədə AzVision.az `Sputnik`ə istinadən xəbər verir.

`Parlament` siqaretin dəyəri 2-dən 4,2- dollara, `Malboro` 1,3-dən 3,3 dollara, `Çesterfild`in qiyməti 0,9-dan 2,1 dollara, `L.M`-in qiyməti isə 1-dən 1,7 dollara yüksəlib.

Bu arada adı çəkilən siqaretlər defisit məhsula çevrilib və onları paytaxt Tbilisidə tapmaq mümkün deyil. Rəsmi distributor olan `Omeqa` isə yaranan vəziyyəti şərh etmək imtina edib.

Gürcüstan maliyyə nazirliyi isə bəzi növ siqaretlərin qiymətinin kəskin formada qalxmasını 2016-cı ilin yanvar ayından tütün məhsullarına tətbiq olunan aksiz dərəcələrinin artırılması ilə bağlı olmadığını qeyd edib.

“Siqaretin qiymətinin iki dəfə artması aksiz dərəcələrinin qaldırılması ilə bağlı deyil. Ehtimal ki, bu bazarda siqaretə olan tələbatla tədarük həcmlərində olan balansın pozulması ilə əlaqədardır”, - deyə nazirlik qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net