
Türkiyənin Konya vilayətində iki sərnişin avtobusu qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Şahidlərin məlumatına görə, İzmirdən Hataya gedən sərnişin avtobusu yolların buz bağlaması nəticəsində idarəni itirərək qarşıdan gələn sərnişin avtobusu ilə toqquşub.
Yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.

