![Rusiya 2 layihəni maliyyələşdirə bilmir Rusiya 2 layihəni maliyyələşdirə bilmir](/uploads/posts/2015-12/thumbs/1451034078_v.jpg)
Qırğızıstan prezidenti Almazbek Atambaev deyir ki, Rusiya bu ölkədə iki su-elektrik stansiyası layihəsini maliyyələşdirə bilmir.
Atambaev-in dekabrın 24-də dedikləri Rusiyanın iqtisadi gücünün zəiflədiyini göstərir. Neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları Rusiyanın maliyyə çətinliklərini üzə çıxarıb və yaxın müttəfiqləri və qonşuları Çinə üz tutmağa başlayıb.
Atambaev deyir ki, Qırğızıstan Naryn çayı üzərində planlaşdırılan layihələr üçün yeni tərəfdaşlar axtaracaq. Bu layihələrin dəyəri 3.2 milyard dollardır.
Kremlin sözçüsü Dimtry Peskov “çətinliklərin” olduğunu təsdiqləyib, ancaq Rusiyanın layihələrdən çıxdığını demək üçün hələ tez olduğunu söyləyib.