![Böyük əfv qərarı verildi - Gürcüstanda Böyük əfv qərarı verildi - Gürcüstanda](/uploads/posts/2015-12/1451031362_v.jpg)
Gürcüstan prezidenti Georgi Marqvelaşvili 238 nəfər məhbusu əfv edib.
Avropa.info xəbər verir ki, əfv üzrə dövlət komissiyasının sədri Zviad Koridze bildirib ki, 1452 məhbusun işindən 238-i müsbət cavab alıb.
172 məhbus geri qalan həbs müddətindən tam azad edilib. Digərlərinin məhkumiyyət müddətləri qısaldılıb.
Əfvə düşənlər arasında 11 qadın, 3 azyaşlı var. Qadınların hamısı, azyaşlılardan iki nəfər həbs yerini tərk edəcəklər.